Moskva sakinləri AZAL təyyarəsinin qəzası nəticəsində həlak olanları səfirliyimiz önündə belə anır
26-12-2024, 17:58
153

Moskva sakinləri AZAL təyyarəsinin qəzası nəticəsində həlak olanları səfirliyimiz önündə belə anır

ONDERTV.ORG

Qazaxıstanın Aktau şəhərində AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Moskva sakinləri Azərbaycan səfirliyinin qarşısına gül dəstələri düzüblər.
bu gün, diplomatik nümayəndəliyin binasının girişində güllər düzülmüş masa yer alıb.
Xatırladaq ki, 25 dekabr tarixində Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.
Çeçenistanın paytaxtı Qroznıda duman səbəbindən təyyarə enə bilməyib və əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.
Təyyarədə 67 nəfər olub. Qəza nəticəsində 32 nəfər sağ qalıb.


Oxşar xəbərlər