
Gündəm
16-11-2024, 15:38
288
Kəndlərdən Şəhərlərə: Rəqəmsal bankçılıq hamı üçün!
ONDERTV.ORG
Son illərdə dünyanın bir çox ölkəsi nağdsız, yəni "cashless" rejimə keçid etmişdir. Mən inanıram ki, davamlı texnoloji inkişaf sayəsində yaxın gələcəkdə Azərbaycan da bu sistemin təməllərini qoyacaq.Nağdsız sistem hansı vasitələrlə təmin olunur? Əsasən rəqəmsal bankçılıq vasitəsilə; Azərbaycanda Birbank, ABB mobile, Pasha Bank kimi mobil tətbiqləri buna misal kimi göstərə bilərəm Bu tətbiqlərin sayəsində ödəniş sistemlərinin üstünlükləri olduqca genişdir, lakin mən yalnız ən vacib hesab etdiyim üç məqamı vurğulamaq istəyirəm.
İlk əvvəl rəqəmsal bankçılıq istifadəçilərə zaman və məkan məhdudiyyəti olmadan xidmət göstərir. Artıq işıq, su, qaz, hətta kredit borclarını belə banka getmədən rahatlıqla ödəmək mümkündür.
İkincisi, ənənəvi banklara nisbətən daha təhlükəsiz əməliyyatlar təklif edir. Nağd pulu itirmək və ya oğurluq riski ortadan qalxır, bu da maliyyə təhlükəsizliyini artırır.
Üçüncüsü, xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün böyük bir üstünlükdür. Ölkədən kənarda olsalar da, Azərbaycanda ödəniş etmələri tələb olunduqda, bunu rahatlıqla uzaqdan həyata keçirə bilərlər.
Bu kimi üstünlüklər xüsusilə ucqar kəndlərdə yaşayan və ya yaşı çox olan insanlar üçün böyük rahatlıq yaradır. Onların hər dəfə banka getməsi çətin ola bilər, xüsusilə də sağlamlıq problemləri səbəbilə uzaq məsafə qət etməkdə çətinlik çəkirlər. Ancaq eyni zamanda, texnologiyadan uzaq olan yaşlı nəsil üçün rəqəmsal bankçılıq sistemləri bəzən çətin və qarışıq görünür.
Bu məsələdə həll yolları kimi, hal-hazırda təhsil aldığım və texnoloji inkişaf baxımından qabaqcıl olan Cənubi Koreyanın təcrübələrindən nümunə götürmək olar.

Göründüyü kimi, bu kimi sadə dəyişikliklər sayəsində rəqəmsal bankçılıqdan sadəcə gənclərin deyil, yaşlıların da yararlanması mümkündür. Kiçik addımlar belə, ölkəmizdə hər yaş qrupundan olan insanların texnoloji dövrdə təqdim olunan rahatlıqlardan faydalanmasına böyük təsir göstərə bilər.
Yonsei Universiteti tələbəsi Əliyeva Asya, Seul.