Xaçmazda şəhidlər anıldı
28-09-2024, 11:36
169

Xaçmazda şəhidlər anıldı

ONDERTV.ORG

​​​​Artıq Vətən müharibəsinin başlanmasından 4 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün münasibətilə ölkəmizin hər yerində geniş tədbirlər keçirilir, xalqımız Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi böyük ehtiramla yad edir.

Xaçmazda da Anım Günü geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, mətbuat nümayəndələri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən anım mərasimi əbədi məşəl önünə əklil və tər güllər düzməklə başladı.
Sonra şəhidlərin abidələri ziyarət olundu və onların yaxınlarına baş sağlığı diləndi. RİH-nin başçısı cənab Elnur Rzayev bütün şəhid ailələrini diqqət ilə əhatə edir,onların dərdlərinə daim şərik olur.
 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Bu Zəfəri qazanmaq üçün canından, qanından keçən vətən oğullarını xalqımız heç vaxt unutmayacaq, onların xatirələrini hər zaman əziz tutacaqdır.

Saat 12 -00-da bir dəqiqəlik sükut elan olunub, avtomobillər siqnal verib.
Allah rəhmət etsin!
Gülxar Rəhimli, Xaçmaz.
Vətənim-Azərbaycandır.az
​​

Oxşar xəbərlər