Azərbaycanda Milli Məclis seçkiləri davam etməkdədir.
15-08-2024, 15:04
272

Azərbaycanda Milli Məclis seçkiləri davam etməkdədir.

ONDERTV.ORG

​​​​Həmişə olduğu kimi bu dəfə də, parlament seçkilərinə maraq böyükdür.2020ci ildə olduğu kimi tanınmış siyasi-ictimai şəxs, jurnalist Tural Ozan yenidən seçkilərə qatılıb. O yenə 18saylı Nərimanov Nizami-Binəqədi ərazisində namizədliyini irəli sürüb . Hər kəsdən fərqli olaraq Tural, fərqli seçki kampaniyası aparır.Tural Ozan böyük Turan, Turançılıq və Türkçülük mesajlarını öz seçki platforması vasitəsi ilə Azərbaycan xalqına və Türk dünyasına çatdırır. Əhali arasında böyük rəğbət və sevgi qazanan gənc namizəd bütün onlayn sosial sorğularda rəqiblərini üstəliyərək ilk yeri tutur. Tural Ozanın əsas rəqibi isə üç dəfə Azərbaycanda deputat seçilən 74 yaşlı Rasim Musabəyovdur.
Qeyd edək ki,Tural Ozan 32yaşı var. Ali idarəetmə təhsilini bitirib, 15ildən artıq Azərbaycan media və televiziya sahəsində jurnalist və tele-aparıcı kimi çalışıb,10ildən artıq müddətdir ki, marketing və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərir və bu sahədə uzman mütəxəssisdir. Tural Azərbaycanda bir çox yerli və beynalxalq sosial-ictimai tədbirlərin təşkilatçısıdır.

Oxşar xəbərlər