Şagirdlərimizdən MÖHTƏŞƏM UĞUR – ABŞ-də medal qazandılar - FOTO
14-06-2024, 14:44
53

Şagirdlərimizdən MÖHTƏŞƏM UĞUR – ABŞ-də medal qazandılar - FOTO

ONDERTV.ORG

Azərbaycanlı şagirdlər Amerika Birləşmiş Ştatlarında keçirilən olimpiadada ölkəmizi uğurla təmsil ediblər.
6-12 iyun tarixləri arasında “New Jersey” ştatında keçirilən Amerika mərkəzli beynəlxalq “Neo Science” olimpiadasında “Online Learning Academy” tədris mərkəzinin rəhbərliyi ilə şagirdlər üç fərqli kateqoriyada, riyaziyyat, təbiət elmləri və “coding” üzrə biliklərini sınayıblar. Dünyanın müxtəlif ölkələrindən gələn şagirdlər əldə etdikləri nəticələrə uyğun olaraq medallara layiq görülüblər.
Mərkəzin şagirdləri də bu mükafatlar içərisində öz yerlərini alıblar. 
Qeyd edək ki, Abbaszadə İnci 2 bürünc, Rəhimli Cihad 1 qızıl, 1 gümüş və 1 bürünc, İsayev Ömər 1 qızıl,2 bürünc, Nadirli Fərid 2 qızıl,1 gümüş, İsayev Murad 2 gümüş medal alaraq ölkəmizi layiqli təmsil ediblər. Əlavə olaraq komandamız “Robotics” üzrədə iştirak edərək qızıl medal əldə edib. 
Şagirdlərimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

BAKU.WS
VİDEO

Oxşar xəbərlər