Prezident İlham Əliyevin Misirdə rəsmi qarşılanma mərasimi olub
8-06-2024, 12:37
157

Prezident İlham Əliyevin Misirdə rəsmi qarşılanma mərasimi olub

ONDERTV.ORG

İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
BAKU.WS xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılıb.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olunub.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***11:33Azərbaycan Prezidenti İlham Əliyevin Misirin paytaxtı Qahirə şəhərində “Əl İttihadiya” sarayında rəsmi qarşılanma mərasimi olub. BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Sonra birgə foto çəkdirilib.


Oxşar xəbərlər