Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir
ONDERTV.ORG
Şuşa şəhərində "NexGen: Sosial İnnovasiyalar Forumu" təşkil olunub.
forum "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı çərçivəsində təşkil olunub.
"NexGen: Sosial İnnovasiyalar Forumu"na dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc qatılıb.