ABDULLA ŞAİQİN "TÜRK ÇƏLƏNGİ" KİTABI TƏQDİM EDİLDİ.
23-04-2024, 20:24
38

ABDULLA ŞAİQİN "TÜRK ÇƏLƏNGİ" KİTABI TƏQDİM EDİLDİ.


Bu gün aprelin 23-də Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında Abdulla Şaiqin “Türk çələngi” kitabının təqdimatı mərasimi keçirildi. 
Kitab orta məktəb şagirdləri üçün nəzərdə tutulan ədəbiyyat müntəxəbatıdır. Burada türkdilli ədəbiyyat nümunələri yer alıb. “Türk çələngi” kitabı 1919-cu ildə AXC illərində çap edilmişdir və bu səbəbdən özündə mənəvi Turan idealını ehtiva edən, dil, mədəniyyət baxımından Türk Birliyini təbliğ edən kitabdır.Bu o zaman idi ki, Azərbaycan türkləri öz tarixi kökündən, milli kimliyindən məqsədyönlü şəkildə uzaq salınır, milli düşüncənin yaranmasının qarşısı müxtəlif yollarla alınırdı. Ana dili dərsləri məcburi deyildi, istənilən şagird ərizə yazıb bu fəndən azad ola bilirdi. Ana dili fənnini tədris edən müəllimlər digər fənn müəllimlərinin aldığı məvacibin beşdə bir (!) qədərini alırdılar. Heç valideyinlər də uşaqlarının perspektivi olmayan Ana dilində təhsil almasını istəmirdilər. Hətta belə dərslik də mövcud deyildi. 
Belə bir şəraitdə Abdulla Şaiq öz zəif vücudu ilə böyük bir ideoloji işi həyata keçirməyə müvəffəq oldu. Aşağıda fotolarını və çıxışlarından video fraqmentləri təqdim etdiyim əməkdaşlar bu məsələlər ətrafında geniş söhbət açdılar.

ETİBAR ƏLIYEV 
23 aprel 2024 il

Oxşar xəbərlər