Türk dövlətləri ilə əlaqələrimizi daha da dərinləşdirəcəyik - Çavuşoğlu
26-04-2023, 13:28
75

Türk dövlətləri ilə əlaqələrimizi daha da dərinləşdirəcəyik - Çavuşoğlu

ÖNDERTV.ORG

Böyük güc rəqabətinin sürətləndiyi bir zamanda, türk dövlətləri ilə əlaqələrimizi daha da dərinləşdirəcəyik.

ÖNDERTV.ORG-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz rəsmi twitter hesabında etdiyi paylaşımda qeyd edib.

"2009-cu ildə rəhbərlik etdiyimiz Türk Şurasını, 2021-ci il İstanbul Zirvə toplantısında Türk Dövlətləri Təşkilatına (TDT) çevirdik. Özbəkistanın tamhüquqlu üzv, Macarıstan və Türkmənistanın isə müşahidəçi üzv olması ilə ailə şurasını daha da genişləndirdik",- deyə paylaşımda bildirilib.

Çavuşoğlu, Türkiyənin 2022-ci ildə növbəti sədrliyi zamanı Şimali Kipr Türk Cümhuriyyətinin konstitusiya adı və bayrağı ilə TDT-nin müşahidəçi üzvü olduğunu xatırladıb.

"TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti təşkilatlarını bir araya topladıq. Təşkilat daxilində mərkəzi İstanbulda olacaq Türk İnvestisiya Fondunu qurduq",- deyə nazir paylaşımında qeyd edib.

Xatırladaq ki, 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, 8-ci Zirvə Görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adı "Türk Dövlətləri Təşkilatı"na (TDT) dəyişdirililib.

ÖNDERTV.ORG

Oxşar xəbərlər