Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/VİDEO
20-04-2024, 14:37
34

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/VİDEO

ÖNDERTV.ORG



Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.

ÖNDERTV.ORG -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.






13:18
Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

12:55
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 
Axşam.az-ın məlumatına görə, müğənni bu gün ürək çatışmazlığından dünyasını dəyişib. 
Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib. 

Oxşar xəbərlər