Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb
19-04-2024, 16:46
35

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

ÖNDERTV.ORG

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr aprelin 19-da başa çatıb.

ÖNDERTV.ORG  məhkəmənin saytına istinadla xəbər verir ki, aprelin 15-də başlayan dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğiş Kirakosyan rəhbərlik ediblər.

Oxşar xəbərlər