İsrail qırıcıları Livanın cənubundakı “Hizbullah” bazasını vurub - VİDEO
14-04-2024, 10:59
48

İsrail qırıcıları Livanın cənubundakı “Hizbullah” bazasını vurub - VİDEO


ÖNDERTV.ORG



İsrail qırıcıları Livanın cənubunda “Hizbullah” hərəkatının bəzi hərbi obyektlərinə zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Cbaa şəhəri ərazisində “Radvan” təxribat bölməsi qüvvələrinin bir sıra hərbi hədəflərinə hücum edib”, - bəyanatda deyilir.
Bundan əvvəl “Hizbullah” Qolan təpələrində İsrail ordusunun üç bazasına onlarla “Katyuşa” raketinin atılmasına görə məsuliyyəti öz üzərinə götürüb.


Oxşar xəbərlər