Antoni Blinkenin Yaxın Şərqə səfəri: Gərginliyi azaltmaq, birgə fəaliyyət cəhdləri - ŞƏRH
4-01-2024, 21:44
104

Antoni Blinkenin Yaxın Şərqə səfəri: Gərginliyi azaltmaq, birgə fəaliyyət cəhdləri - ŞƏRH

ÖNDERTV.ORG


ABŞ-nin dövlət katibi Antoni Blinkenin yanvarın 4-də Yaxın Şərq ölkələrinə səfəri başlayır. Səfər çərçivəsində onun Türkiyə və İsraildə rəsmilərlə görüşəcəyi gözlənilir.
Dövlət katibinin ziyarət proqramı açıqlanmasa da, regiondakı vəziyyəti müzakirə edəcəyi istisna olunmur. Onun bu səfəri əvvəlkilərdən fərqlənir.
Son günlər Yaxın Şərqdə bir-birinin ardınca regionda vəziyyətin gərginləşməsini artıran bir sıra hadisələr baş verib. HƏMAS-İsrail müharibəsi çərçivəsində hadisələr daha çox Qəzza zolağında cərəyan edirdi. Qruplaşmanı müdafiə edib dəstəkləyənlərin yardımı ilə Yəmən sahillərində Qırmızı dənizdə də qarşıdurma yaranıb. ABŞ-nin və İranın regionda hərbi gəmilər yerləşdirməsi, husi qiyamçılarının gəmilərə hücumu bunu təsdiqləyir. Oxşar hadisələr İsrail-Livan sərhədində də müşahidə olunur. “Hizbullah”ın fəallaşması qarşı tərəfin cavab tədbiri görməsinə səbəb olub. Yeri gəlmişkən, İsrail Müdafiə Ordusunun gecə hücumları nəticəsində qrupla

Oxşar xəbərlər