Bir də var, Xankəndidə Mirşahin... - Video
25-03-2024, 07:43
67

Bir də var, Xankəndidə Mirşahin... - Video

ÖNDERTV.ORG

“Mir Şahinin vaxtı” verilişin növbəti buraxılışı efir üzü görüb.

ÖNDERTV.ORG xəbər verir ki, müəllif Mirşahin Ağayev budəfəki buraxılışda Azərbaycan müstəqilliyinin Xankəndi zirvəsindən söz açıb.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra, birinci Qarabağ savaşında ölkənin bütün bölgələrindən reportaj hazırlayan jurnalist, bu dəfə işini Xankəndidə yerinə yetirib.
Bir sıra tarixi fatkların sadalandığı, nadir görüntülərin təqdim olunduğu verilişdə ölkəmizin müstəqilliyi əldə etməsi uğrunda apardığı qətiyyətli mübarizə ön plana çıxarılıb. 
Nəhəng tarixi qısa müddətlik ekran işinə sığdırmağı bacaran müəllif,  Prezident, Ali Baş Komandan İlham Əliyevin ötənlərdə Xankəndidə alovlandırdığı tonqalı Azərbaycan tarixinin bir nömrəli tonqalı adlandırıb.
Bu mənada heç bir real tarixi filmdən geri qalmayan verilişi təqdim edirik:






Oxşar xəbərlər