Gündəm / Siyasət / Cəmiyyət
22-03-2024, 13:29
43
Xəbərdarlıq: Martın 24-ü gündüzədək ölkə ərazisində hava arabir yağıntılı və küləkli olacaq
ÖNDERTV.ORG
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 23-ü gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Martın 24-ü gündüzədək Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Mərkəzi Aran, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Martın 23-ü səhər və gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, martın 23-ü gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.