8 marta özəl “Möhtəşəm qadınlar” adlı tədbir keçirildi – FOTO/VİDEO
10-03-2024, 14:54
292

8 marta özəl “Möhtəşəm qadınlar” adlı tədbir keçirildi – FOTO/VİDEO

ÖNDERTV.ORG



Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub.
Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, psixoloq,iş adamı, dövlət məmurudur.
Müasir cəmiyyətin inkişafında psixoloqlarımızın xüsusilə xanım psixoloqlarımızın rolu əvəzsizdir.
8 marta özəl “Möhtəşəm qadınlar” adlı tədbir psixologiya sahəsindəki xanımları bir araya topladı və bu sahənin peşəkarları ilə birgə layihə həyata keçirildi.
Tədbirdə beynəlxalq müsabiqələr laureatı- Rövşən Cibişov, Aysel Əlizadə vokalist, pedaqoq, Gülşən xanım, Zenfira xanım, şəhid anası Kifayət xanım Qasımova, Şəfəq xanım Şirvani, şirkət rəhbərləri, psixoloq, pedaqoq, həkim, mühasib və.s sahələrdən olan iş xanımları iştirak etmişdir.
Psixoloqların maraqlı mövzularda çıxışı və digər sahələrdən olan xanımların qadınlara motivasiya xarakterli çıxışışları ilə öz həmcinslərini təbrik etdilər.
image-img_20240310_111413_418

Oxşar xəbərlər