Naxçıvanda intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb
18-02-2024, 22:44
133

Naxçıvanda intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb

ÖNDERTV.ORG


Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.
Bu barədə  Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bəzi fərdi evlərin və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.
Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

Oxşar xəbərlər