Faktiki hava: bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır
16-02-2024, 09:57
40

Faktiki hava: bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır

ÖNDERTV.ORG


Fevralın 16-sı saat 08:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.
Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 santimetr, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 santimetrdir.
Göygöl, Naftalan, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.

Oxşar xəbərlər