
Gündəm / Siyasət / Cəmiyyət
3-02-2024, 10:23
205
Seçim? Bizim yalnız bir Prezidentimiz var! Zəfər qazanan xalqın seçimi... Ölkəmizin gələcək siyasi və iqtisadi qüdrəti seçkilərin nəticələrindən asılıdır
ÖNDERTV.ORG
Seçim? Bizim yalnız bir Prezidentimiz var! Zəfər qazanan xalqın seçimi...
Ölkəmizin gələcək siyasi və iqtisadi qüdrəti seçkilərin nəticələrindən asılıdır
2024 ölkəmizdə siyasi cəhətdən ən vacib illərdən biridir. Çünki Prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Sevindirici haldır ki, budəfəki seçkilər qalib, ərazi bütövlüyünü bərpa etmiş dövlət olaraq keçiriləcək.
Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edəcək. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.
Gülşən Behbud Şair - jurnalist Prezident mükafatçısı