Nyu-Yorkun məşhur “Times Square” meydanında 20 Yanvar şəhidləri anılıb
21-01-2024, 16:13
198

Nyu-Yorkun məşhur “Times Square” meydanında 20 Yanvar şəhidləri anılıb

ÖNDERTV.ORG

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı kamança ifaçısı Şəbnəm Hüseyn Nyu-Yorkun məşhur "Times Square" meydanında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

ÖNDERTV.ORG xəbər verir ki, Şəbnəm Hüseyn hər gün milyonlarla turistin ziyarət etdiyi meydanda Azərbaycan xalqının azadlıq salnaməsi kimi tarixə həkk olunmuş qanlı 20 Yanvar qurbanlarını kamançada ifa etdiyi musiqilərlə yad edib.Azərbaycan bayrağının fonunda dayanan gənc sənətçi 20 Yanvarın simvolu olan qərənfillərin önündə Vasif Adıgözəlovun "Qərənfil", "Lay-lay", "Şüştər" muğamı, bəstəkarlar Hacı Xanməmmədovun "Kamança və simfonik orkestr üçün konserti", Fikrət Əmirovun "Mən səni araram", Arif Məlikovun "Komdenin iztirabları" əsərlərini ifa edib.Sənətçinin ifası meydanı ziyarət edən yerli sakinlər və turistlərin diqqətini çəkib. Onlar Ş.Hüseynə dəstək olan gənc həmvətənlərimizə yaxınlaşaraq 34 il öncə, 1990-cı ilin yanvarın 20-də yaşanan dəhşətli cinayətlər haqqında məlumatlar alıb.
Nyu-York polis departamentinin rəsmi icazəsi ilə baş tutan konsert proqramı bir saat ərzində davam edib.

Oxşar xəbərlər