
Gündəm / Siyasət
14-01-2024, 20:54
211
Bakı-Naxçıvan avtobus reysləri təxirə düşüb
ÖNDERTV.ORG
Qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir.
AYNA-dan bildirilib ki, İran İslam Respublikasında olan hava şəraiti və yolların vəziyyəti səbəbindən 14 və 15 yanvar tarixlərində Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb.
Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.