RF XİN: Erməni əhalinin Qarabağdan qovulmasına dair heç bir beynəlxalq sənəd yoxdur
12-01-2024, 21:12
131

RF XİN: Erməni əhalinin Qarabağdan qovulmasına dair heç bir beynəlxalq sənəd yoxdur

ÖNDERTV.ORG


Qarabağdakı etnik təmizləmələr və erməni əhalisinin regiondan qovulmasına dair heç bir beynəlxalq sənəd və ya nüfuzlu beynəlxalq təşkilatın bəyanatı yoxdur.

ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

M.Zaxarova əlavə edib ki, Rusiya Bakının bəyanatlarına əsaslanaraq, erməni əhalinin Qarabağa qayıtması üçün şəraitin yaradılmasının vacibliyini dəfələrlə qeyd edib.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesini şərh edən Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması üçün alternativi olmayan yol xəritəsi 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə imzalanmış üçtərəfli razılaşmalar kompleksidir.

Oxşar xəbərlər