TEST ÜSULU NƏ QAZANDIQ, NƏ İTİRİRİK
3-01-2024, 15:10
111

TEST ÜSULU NƏ QAZANDIQ, NƏ İTİRİRİK

ÖNDERTV.ORG

Ötən əsrin 90-cı illərinin əvvəllərində Baş nazirin müavini və sonradan Təhsil naziri vəzifəsində işləmiş türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilovla bu müsahibəyə baxsanız bir çox mətləblərdən agah ola bilərsiniz.

Müsahibədə əvvəlcə Sovet dövründə ali məktəblərə qəbul imtahanlarının iyrənclikləri onun şərhində daxildən, adlar və əməllər açıqlanmaqla sadalanır. Bu məşəqqəti mən də həyatımda yaşamışam və əgər ağzımla quş tutmağı bacarmasaydım o vaxtlar "Narxoz" deyilən göylə gedən instituta daxil olub əyani təhsil almağı ancaq yuxumda görə bilərdim.

 Daha sonra Sovet dağılanda Firidun bəy indi ölkədə test imtahanının səbəbkarı kimi qələmə verilən Elçibəyin əslində bu addımı atmağa qorxduğunu adlar və faktlar sadalamaqla ortaya qoyur. Elçibəy sonradan cəsarətlənib artıq tətbiq olunan sistemi dəstəkləmək qərarına gəlmişdi.

Videonun sonuna yaxın isə Firidun bəy, ilkin test sistemi ilə indiki sistemin fəlakətli fərqlərindən danışır. Hal-hazırda mövzud olan test sisteminin hətta zərərli olduğunu, testin gənclərin müstəqil düşünməsinə, yazı mədəniyyətindən uzaqlaşmasına səbəb olduğunu tutarlı izah edir.

Fikrimcə, bu qeyri-iş günü olan bayram günündə cəmi 40 dəqiqə vaxt ayırıb bu videoya baxsanız yazdığımdan daha çox mətləblərdən hali ola bilərsiniz.


ÖNDERTV.ORG:ETİBAR ƏLİYEV

Oxşar xəbərlər