Yaponiyada 1,5 saatda 9 zəlzələ qeyd alınıb
1-01-2024, 20:37
247

Yaponiyada 1,5 saatda 9 zəlzələ qeyd alınıb

ÖNDERTV.ORG

Bu gün Yaponiyanın qərbindəki İşikava prefekturasının sahillərində 1,5 saat ərzində maqnitudası 5 ilə 7,6 arasında olan 9 zəlzələ baş verib.

ÖNDERTV.ORG xəbər verir ki, dövlət televiziyası NHK-nın canlı yayımında sahildə yaşayanlar üçün “Böyük sunamidən dərhal qaçın" xəbərdarlığı edilib.

Yaponiya Meteorologiya Agentliyinin bəyanatına görə, Noto yarımadasında və İşikava sahillərində ardıcıl zəlzələlər baş verib. Bölgədə 4-5 bal gücündə zəlzələlərin davam etdiyi bildirilib.

Oxşar xəbərlər