Vilayət Eyvazovdan seçkidə iştirak edəcək bu şəxslərlə bağlı - Göstəriş
28-12-2023, 07:32
139

Vilayət Eyvazovdan seçkidə iştirak edəcək bu şəxslərlə bağlı - Göstəriş

ÖNDERTV.ORG


Daxili İşlər Nazirliyində (DİN) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.
ÖNDERTV.ORG nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhükəsizliklə bağlı qarşıda duran vəzifələri və tapşırıqları diqqətə çatdırıb.
Nazir bayram günlərində daxili işlər orqanlarının şəxsi heyətinin gücləndirilmiş rejimdə xidmət edəcəyini bildirib. Həmçinin əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb.

Oxşar xəbərlər