Azərbaycan-Rusiya XİN-ləri arasında növbəti məsləhətləşmələr aparılıb
23-12-2023, 08:40
49

Azərbaycan-Rusiya XİN-ləri arasında növbəti məsləhətləşmələr aparılıb

ÖNDERTV.ORG

Dekabrın 21-də Bakı şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 
Bildirilib ki, məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.
 

ÖNDERTV.ORG

Oxşar xəbərlər