Bu aylarda yoluxma halı baş verərsə, nə edilməlidir?   » Bu aylarda yoluxma halı baş verərsə, nə edilməlidir?
16-12-2023, 09:27
91

Bu aylarda yoluxma halı baş verərsə, nə edilməlidir? » Bu aylarda yoluxma halı baş verərsə, nə edilməlidir?


ÖNDERTV.ORG

Hamiləlik müddətində qızılca peyvəndi əks göstərişdir. Qızılca xəstəsi ilə kontakta şübhə olduqda ilk 72 saat ərzində, 6 gündən gec olmamaq şərtilə, 1 qr. insan immunqlobulini alınmalıdır.

Məsləhət: Hamiləlik planlaşdıran və peyvəndi olmayan qadınlar peyvənd olunaraq qızılca ilə yanaşı, daha ciddi hamiləlik fəsadı verən məxmərək, infeksion parotit kimi xəstəliklərdən də  qorunmuş  olurlar. Qızılcanın ilk əlamətlərini hiss etdiyinizdə mütləq şəkildə  sahə poliklinikanıza, ginekoloqunuza məlumat verin.
Son aylar ərzində ölkədə əhali arasında qızılcaya yoluxma hallarının çoxalmasının, hətta uşaqların kütləvi şəkildə yoluxduğu siniflərin distant təhsilə keçməsinin şahidi oluruq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2017- ci ildə qızılcadan 110.000 ölüm halı qeydə alınıb və bunların əksəriyyəti 5 yaşadək olan uşaqlardır. Ona görə 5 yaşa qədər uşaqlar hazırda bu xəstəliyə yoluxma prosesində risk qrupu sayılırlar. Digər risk qrupu olan insanlar yaşı 20-dən yuxarı olanlar, yaşlılar, hamilələr, başqa xəstəlikdən əziyyət çəkənlərdir. Həkimlər bildirir ki, o demək deyil ki, risk qrupu olan insanların hamısı bu xəstəliyi ağır keçirir. “Sadəcə, ona görə deyilir ki, bu təbəqədən olanlara profilaktik tədbirlər mütləq görülməlidir. Məsələn, qızılcanın immunsistemə təsiri ilə bağlı olaraq hamilə qadınlar digər insanlarla müqayisədə daha yüksək ağırlaşma və ölüm riski daşıyırlar. Bəzən də onlar axtardıqları suallara internetdə, müxtəlif sosial platformalardakı qruplarda cavab tapdıqları üçün geri dönüşü olmayan səhvlərə yol verirlər.  Məsələn, hamilə qadınlarda stomatit, keratokonyuktivit, laringit, traxeit, bronxit, pnevmaniya kimi ağırlaşmaların  rastgəlmə  tezliyi yüksəkdir. Lakin qızılca virusu teratogen təsirə malik deyil, anadangəlmə anomaliyalara səbəb olmur. Buna görə də qeyd etmək istəyirəm ki,  erkən həftələrdə  qızılca xəstəliyinə yoluxma birmənalı olaraq aborta göstəriş deyil”.
Bunu Elmi-Tədqiqat  Mamalıq və Ginekologiya İnstitunun həkim-ginekoloqu Aygün Məmmədova bildirdi. Dedi ki, qızılca yüksək kontagiozluğa malik, hava damcı yolu ilə yayılan infeksion xəstəlikdir. Ümumi halsızlıq, kataral əlamətlərdən sonra gələn yüksək qızdırma və səpgilər xəstəliyin göstəriciləridir.    Qızılcanın inkubasiya dövrü 10-14 gün arasıdır. Əgər ana qızılca keçiribsə, uşaqlarda 3 aya qədər bir qayda olaraq passiv immunitetin olması ilə əlaqədar, körpələr qızılca ilə xəstələnmir. Bu immunitet 9 ayından sonra itə bilər. Ana qızılca xəstəliyini keçirməyib və peyvənd olunmayıbsa, 3 aydan 1 yaşa qədər uşaqlar əsasən bu hallarda qızılca virusuna yoluxa bilər. Qızılcanın yayılma səbəbini ÜST inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə peyvəndlənmədə olan boşluqlarda, valideynlərin əsassız şəkildə peyvendlərdən imtinasında görür. Bu yaxınlarda ÜST-ün verdiyi məlumata əsasən, 813 hamilə qadının heç biri peyvənd olunmayıb. Bu xəstəliyə qarşı peyvənd mövcuddur ve bu ARSN peyvənd cədvəlinə daxildir. 1 və 6 yaşlarında uşaqlar peyvənd olunmalıdırlar. Qızılca peyvəndi yüksək qoruyuculuğa malikdir və qoruyuculuğu ömürboyu davam edir.
Həkim qeyd etdi ki, 1 doza peyvənd 93 %, ikinci doza 97 faiz qoruyuculuğa malikdir.
-Aygün həkim, hamiləlik dönəmində qızılca peyvəndi etdirmək olarmı? Bu aylarda yoluxma halı baş verərsə xəstə nə etməlidir?
- Hamiləlik müddətində qızılca peyvəndi əks göstərişdir. Qızılca xəstəsi ilə kontakta şübhə olduqda ilk 72 saat ərzində, 6 gündən gec olmamaq şərtilə, 1 qr. insan immunqlobulini alınmalıdır. 

Oxşar xəbərlər