Gündəm / Siyasət
13-12-2023, 23:00
717
İstedadlı şagirdlər fəxrimizdır
ÖNDERTV.ORG
Safiyyəni yeni tanımışam. O, Xaçmaz şəhər Musiqi məktəbinin VI sınıf şagirdidir. Fortepiano sinfində təhsil alır. Müəlliməsi isə Pərvanə Məmmədovadır.Safiyyə haqqında ilk onunla söhbət etdim.
Pərvanə müəllimə sevimli şagirdi Safiyyə ilə bağlı öz müsbət fikirlərini söylədi,bizə. " Bacarıqlı,istedadlı və səliqəli qızdır. Dərslərə vaxtında gəlir və verilən tapşırıqları həvəslə yerinə yetirir".
Musiqi Safiyyə üçün hobbi olmasına baxmayaraq o, böyük həvəslə çalışır. Keçmədiyi əsərləri belə pianoda məharətlə ifa edir. "H.Əliyev ili"- çərçivəsində keçirilən musiqi yarışmasında II turdan keçmışdır. Həlledici turdan isə keçə bilməmişdir. Musiqi ilə həvəskar şəkildə məşğul olan biri üçün bu yüksək nəticədir. Səfiyyə Yaşar qızı Həsənova.Balaca və istedadlı müsahibim.O, C. Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir. Dərs əlaçısıdır. Kiçik ürəyinin ən böyük arzusu ürək cərrahı olmaqdır.
Həmsöhbət olacağımız məkana da dərsdən çıxıb anası Vəsilə xanım ilə gəldi. Ilk sualımı anası Vəsilə xanıma verdım.
-6-cı sinifdə oxuyan şagird üçün alı məktəbə indidən hazırlaşmaq tez deyilmi?
- Özü istəyir. Hər kəsdən tez öyrənməyə səy göstərir. Çalışqandır. Arzuları var. Onlara çatmaq üçün isə əziyyət çəkmək lazımdır. Ən çox riyazıyyat fənni ilə maraqlanır. Həm məktəb dərsləri, həm də müxtəlif kurslarda sınaq imtahanlarında iştirak edir və hər dəfə də yüksək nəticə əldə edir. Təbii ki, bir valıdeyn kimi məni çox fərəhləndirir.
Söhbətimizi sonra Safiyyə ilə davam etdirdim. Kiçik həmsöhbətim qazandığı uğurlar və aldığı Fəxri Fərman və Diplomlar haqqında danışdı.
-Safiyyə, uğurlarını bizimlə bölüşmək istərsənmi?
- Bəli. Mən dəqiq elmləri çox sevirəm. Riyaziyyat isə ən sevdiyim fənndir. Ona görə də, Xaçmaz şəhərində fəaliyyət göstərən "Əlaçı","Uğur", "Xaçmaz" hazırlıq kursu, "Panda School" keçirilən bütün sinaq imtahanlarında həvəslə iştirak edirəm.
- Yadında qalan sınaq imtahanı hansı olub?
- Hər bir uğur mənimdir. 686 bal toplayanda çox sevinmişdim. "Xaçmaz" hazırlıq kursunda keçirilən Riyaziyyat fənni üzrə olimpiadada 300 baldan 295 bal toplamışdım. O gün çox sevinirdim. "Əlaçı" hazırlıq kursunda isə I, II yer tutduğum üçün medal qazanmışam.
Ulu öndər H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dəqiq elmlər" üzrə Regional yarışmada 1-cı və 2-ci mərhələni keçdim. Sumqayıt mərhələsində isə qalıb gələ bilmədim.
Ümumiyyətlə, Fəxri Fərman və diplomlarım çoxdur.
"The Certificate is Proudly Presented " da Xaçmaz hazırlıq kursu tərəfindən təltif edilmişdir.
-Məktəblilər arasında keçirilən fənn olimpiadalarında iştirak edirsənmi,Safiyyə?
- Riyazıyyat fənni üzrə olimpiadanın məktəb turundan keçərək rayon turuna vəsiqə almışam.
-Dərslər,musiqi və hazırlıqlardan rəfiqələrin ilə görüşməyə vaxt olurmu?
- Əlamətdar günlərdə,tətil vaxtı görüşürük. Onları çox istəyirəm.
Maraqlı müsahibəyə görə təşəkkürlər,Safiyyə!
P.S. Təhsil bütün zamanlar üçün önəmlidir və təhsilə edilən yatırım heç vaxt itməz. Bunu Safiyyə qızımızın timsalında da görə bilirəm. Qarşımda gələcəyin ürək cərrahı durur, bəlkə də. Bu, bir ailənin uğuru deyil,bütün rayonun və ya respublikanın uğuru olacaq.
Mən Safiyyə Həsənovaya dərslərində uğurlar diləyirəm. Arzularına çatacaq yol,hamar və açıq olsun!
Xoş arzularla...
Gülxar RƏHİMLİ,
Xaçmaz.
Vətənim-Azərbaycandır.az