Azərbaycan çempionatının yeni mövsümünün püşkü atıldı  azerbaycan-cempionatinin-yeni-movsumunun-pusku-atildiİdman
2-12-2023, 19:01
202

Azərbaycan çempionatının yeni mövsümünün püşkü atıldı azerbaycan-cempionatinin-yeni-movsumunun-pusku-atildiİdman

[hide][/hide]ÖNDERTV.ORG


Minifutbol üzrə ölkə çempionatının yeni mövsümünün püşkü atılıb.

ÖNDERTV.ORG xəbər verir ki, bununla da 16 komandanın iştirak edəcəyi və dekabrın 5-də start veriləcək yarışın təqvimi bəlli olub.

Turnirdə ilk 8 yeri tutan kollektivlər pley-of mərhələsinə vəsiqə qazanaraq qalib və mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaqlar.
Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının icraçı direktoru Taleh Nəsibov ilin ən yaxşı minifutbolçusu adına layiq görülən Rəvan Kərimova mükafat təqdim edib.
Qeyd edək ki, Azərbaycan çempionatının oyunları Bakı Tennis Akademiyasında keçiriləcək və “İdman TV”  vasitəsilə canlı yayımlanacaq.




Oxşar xəbərlər