Sahibə Qafarova: ATƏT PA-nın tədbirləri Ermənistanın yalan təbliğatı üçün platformaya çevrilməməlidir
13-11-2023, 18:57
60

Sahibə Qafarova: ATƏT PA-nın tədbirləri Ermənistanın yalan təbliğatı üçün platformaya çevrilməməlidir

ÖNDERTV.ORG

Milli Məclisin sədri Sahibə Qafarova ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma ilə bu gün keçirilən görüşündə ölkəmizə qarşı müşahidə olunan ikili standartları tənqid edib. 

ÖNDERTV.ORG xəbər verir ki, Milli Məclisin sədri istər Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 ilə yaxın dövr ərzində, istərsə də ölkəmizin öz torpaqlarını azad etdikdən sonra ötən müddətdə müşahidə olunan ikili standartların qəbuledilməz olduğunu bildirib. 

O diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazın təhlükəsiz və sabit gələcəyi üçün əsas maraqlı tərəfdir. Azərbaycan regionda sülh gündəliyinin irəliləyişinə sadiqdir. Sahibə Qafarova təəssüflə qeyd edib ki, Ermənistan sülh naminə fəaliyyət əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Milli Məclisin sədri Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasında bütün imkan və platformalardan istifadəyə davam etdiyini bildirib və bəzi beynəlxalq təşkilatlarda Ermənistanın bu yalanlarının dəstək görməsindən təəssüf doğurduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycanın guya "etnik təmizləmə" aparması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən iddialar əsassız və yalandır. Real vəziyyəti təhrif edən, nifrət və düşmənçiliyi davam etdirən istənilən cəhdin qarşısı alınmalıdır və vəziyyəti çətinləşdirəcək birtərəfli hərəkətlərdən, bəyanatlardan çəkinmək vacibdir. Sahibə Qafarova bu çərçivədə ATƏT PA-nın tədbirlərinin Ermənistanın Azərbaycana qarşı yalan təbliğatı üçün bir platformaya çevrilməməsinin əhəmiyyətini qeyd edib.

Oxşar xəbərlər