QARABAĞ  AZERBAYCANDIR. ŞUŞA- bizim ərazilərimizin 30 illik işğalına son qoyan Zəfərimizin, milli qürurumuzun, milli ləyaqətimizin bərpasının şəhəridir.                 İLHAM  ƏLİYEV.
16-10-2023, 23:32
324

QARABAĞ AZERBAYCANDIR. ŞUŞA- bizim ərazilərimizin 30 illik işğalına son qoyan Zəfərimizin, milli qürurumuzun, milli ləyaqətimizin bərpasının şəhəridir. İLHAM ƏLİYEV.

ÖNDERTV.ORG

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
 07.05.2022-ci il “Şuşa şəhəri  Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin"- deyə Sərəncam imzaladı.  Bu günkü müsahibimiz Qarabağın baş tacı,  H.Üzeyir, Bülbül, X.B.Natəvan kimi dühalar  yetişdirmiş, Azerbaycanın mədəniyyət mərkəzi olan əslən Şuşalı Rəna xanım Allahverdiyevadır. Rəna xanım Qarabağın azadlığı uğrunda Vətənimizi  yağı düşmənlərdən qoruyan Azerbaycan  Müzəffər Ordusunun Zabitinin Anasıdır. Vətənpərvər xanım Azərbaycanın tərkib hissəsi olan Qarabağın azadlığı uğrunda qazandığımız Qələbə və torpaqlarımızın  bütövlüyünün bərpa olunduğu üçün öz ürək sözlərini ürək yanğısı ilə bizə anlatdı. "Mən sevinirəm ki, Azərbaycanlıyam. Gözünün aydın Azerbaycan !
Gözün aydın Qarabağ !
Gözün aydın Xalqım !
Azərbaycan, Qarabağ bütövlüyü bərpa olundu. İlk öncə Şəhidlərimizin ruhu şad olur. Yarım qalan Qələbə bütövləndi. Bu münasibətlə Qazi qardaşlarımızın əllərindən öpürəm. Qarşılarında baş əyirəm. Sağlamlıqlarını Azərbaycan torpaqlarının azadlığı uğurunda qurban elədilər. İndi hal-hazırda Qazilərimizin də yaralarına məlhəm qoyuldu. Azərbaycanın zümrüd qaşı, mədəniyyət beşiyi, dahilər yetişdirən Şuşamda üç rəngli bayrağımız sancılanda Zəfər bayramını qeyd elədik. Qeyrət- namusumuz qeri qayıtdı. Bu bayraq bizim qeyrət ağacımızdır. Əvvəl bayrağımızda bir niskil, bir kədər var idi. İndi isə Şuşada ucalan bayrağımız elə gözəl dalğalanır ki, Xankəndində, Əsgəranda, Xocalıda da ucalır bayrağımız. Haqq öz yolunu tapdı. Bir Şuşalı olaraq sevincimin həddi-hüdudu yoxdur. Çox sevinirəm, fəxr edirəm ki, Azərbaycanlıyam. Sevinirəm ki, Şuşalıyam"  Sevincini göz yaşları əvəz edən Şuşa gözəli Rəna xanım aramla göz yaşlarını silərək sözünə davam edir.-"Allah hər kəsi öz elində-evində bərqərar etsin. İnşAllah tez bir zamanda doğma ocağımıza qayıdarıq.
Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!
Mən fəxr edirəm ki, İlham Əliyev kimi Ali Baş Komandanın siyasəti altında yaşayıram. Bu gün Şəhid Anası, Bacısı, Yarı, 
Şəhid Övladının haqqı üstümüzdə böyükdür.
Onların da gözləri aydın olsun. Şəhidlərimizin Ruhları bu gün şaddır.
Hər birinizi Təbrik edirəm,
Bütün Xalqımı Təbrik edirəm, Gözünüz aydın olsun. Qələbəmiz bütövləndi. Yaşasın Azerbaycan!"-deyərək gözlərində sevinc göz yaşlarını silərək  bizdən uzaqlaşdı.
OnderTv.Org informasiya agentliyinin baş redaktoru Kamran Orucov   öz kollektivi ilə birlikdə 
Qarabağın azadlığa qovuşduğu və üç rəngli Bayrağımızın Bütöv Azerbaycan səmasında  dalğalandığı üçün Şuşa gözəli Rəna xanıma və dünya Türklərinə göz aydınlığı verir.
OnderTv.Org xeber portalının icraçı direktoru  Nailə Muradova..

Oxşar xəbərlər