
Gündəm / Siyasət
14-10-2023, 22:37
341
Şabranda “Səhnəmin ulduzları” layihəsinin açılış tədbiri keçirilib - FOTOLAR
ÖNDERTV.ORG
Şabran şəhəri 5 nömrəli tam orta məktəbdə VII qrant müsabiqəsində "ümumtəhsil məktəbləri" kateqoriyası üzrə qalib olmuş “Səhnəmin ulduzları” layihəsinin açılış tədbiri keçirilib. Açılış tədbirində müəllimlər, şagird və qonaqlar iştirak edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiylar üzrə VII qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi “Səhnəmin ulduzları” layihəsinin rəhbəri və Şabran şəhər 5 nömrəli tam orta məktəbin direktoru İmarət Əsgərova çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlayıb. O, layihənin icrası zamanı qarşıya qoyulmuş vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonda layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.Daha sonra qonaqlar da çıxış edərək layihə ilə bağlı fikirlərini söyəyiblər.

Atayeva Günay

