Gündəm / Siyasət
6-10-2023, 16:36
178
Ermənistan üçün daha ağır SSENARİ - Paşinyan nəticə çıxara bilmədi
ÖNDERTV.ORG
Ermənistan Fransaya qoşulmaqla özünü bütün regional məsələlərdən növbəti dəfə kənarda qoymaqdadır. FRansanın alovlandırmağa çalışdığı müharibə ritorikası İrəvanın başını elə qatıb ki, Ermənistan rəhbərliyi qonşu dövlətlər arasında gələcəyin proyektlərinə qoşulmaq əvəzində sərsəm bəyanatlar verməklə kifayətlənir.
Rəsmi Parisin istəyinə uyğun olaraq bu gün Qranada da planlaşdırılmış beştərəfli görüşdən Azərbaycanın imtinasının səbəbləri hər kəsə bəllidir. Türkiyənin bu görüşdə iştirakına qarşı Almaniya və Fransa hökümətinin mövqeyi və Parisin Qranada təmasları öncəsi yenidən Azərbaycan əleyhinə təxribatyönlü bəyanatlar verib, addımlar atması proseslərin bu cür nəticələnməsinə səbəb oldu. Lakin Ermənistan da sülh danışıqlarının baş tutmamasında maraqlı olduğunu nümayiş etdirdi.
Fransanın türkofobiya siyasətinin məhz Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün nəzərdə tutulan Qranada görüşü ərəfəsində büruzə verməsi rəsmi İrəvanın da burada maraqlılığından xəbər verir. Əgər Nikol Paşinyan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhdə, sabitlikdə maraqlı olsaydı Ermənistan Fransanı proselərə qatmadan məhz bu məsələnin həllinə töhvə verməyə çalışardı. Amma biz tamamilə əks reaksiyanın şahidi olduq.
Sözsüz ki, bu situasiyadan ən çox zərər-ziyan görəcək ölkə də elə məhz Ermənistan olacaq. Ermənistanın region dövlətləri ilə münasibətlərini tənzimləyib, əlaqələr qurmaq və yeni münasibətləri nəzərdən keçirmək fürsəti olduğu halda marionetkası olduğu Fransa və Qərbin ermənipərəst təsisatlarından tapşırıq gözləməsi anlaşılmaz olduğu qədər, məntiqsizlikdir.
Çünki Nikol Paşinyanın idarə etdiyi hökümət hər dəfə bu cür destruktiv qərarlar verdikcə, Ermənstan növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən verir və dalan, kənarda qalmış dövlət statusunu daha da möhkəmlədir. Necə ki, bu günlərdə biz artıq bir neçə belə tarixi anların şahidi olduq:
2023-cü il 25 sentyabr tarixində Azərbaycan və Türkiyə prezidentləri "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu"nu imzalanıb. Bu, Qars-İqdır-Naxçıvan dəmiryolunun tikilməsi qərarı deməkdir. Nəticədə Ermənistan Bakı və Ankaranın irəli sürdüyü növbəti beynəlxalq əhəmiyyətli iqtisadi layihə Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xəttinin imkanlarından istifadə kimi unikal fürsətdən məhrum oldu.
Əslində isə bu fürsətdən yararlanmaq üçün Ermənistandan Azərbaycan və Türkiyənin elə də çox böyük bir istəyi yox idi:
- Sözünün ağası ol
- Müstəqil siyasət yürüt
- Kənar müdaxilələrlə qərarlarına sonradan korrektə etmə
Amma təəssüf ki, Ermənistan hələ də bu sadalanan nüansları özündə cəmləşdirməkdə çətinlik çəkir. İrəvan düşünürsə ki, bu kimi layihələr Ermənistana heç nə verməyəcək, yanılır. Çünki ümumilikdə Orta Dəhlizə daxil olan bu layihələr sadəcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir.
Növbəti belə layihə isə 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu oldu. Həmin il sentyabrın 21-də Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirildi.
Azərbaycan İran vasitəsilə Naxçıvanla bağlantını yaradır və bu, Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq. Lakin bu layihədə də Ermənistanın "ofsayda" qaldığını görürük. Gedişat Ermənistan üçün müsbət heç də yaxşı şeylər vəd etmir.
Ermənistanın ikitirəliyi, sözü ilə əməlinin üst-üstə düşməməsi Azərbaycanın iştirakı ilə nəzərdə tutulan layihələrin bloklanmasına hesablansa da, nəticəsiz qalacaq. Necə ki, ərazilərinin 30 illik işğalı dövründə məhdud yollarla regional, qlobal layihələri Azərbaycan çox uğurla icra etməyi bacardı.
Təkcə o faktı qeyd etmək kifayətdir ki, Ermənistan regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri Ermənistandan yan keçir. Bir sözlə, rəsmi İrəvan bu sahədə də çıxdaş olan bir ölkə imicini üzərindən atmaq istiqamətində fəallıq göstərməsə, inkişaf edən region və region dövlətləri fonunda dalana dirənmiş vəziyyətdə ölkənin durumunu daha da acınacaqlı hala gətirib çıxaracaq.