
Gündəm / Siyasət
27-09-2023, 21:15
178
“Ermənistanda Rusiyanı itirmək istəyənlər çoxdur” - Lavrov
ÖNDERTV.ORG
ÖNDERTV.ORG xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
Lavrov Ermənistan rəhbərliyinə ABŞ-yə arxalanan ölkələrin qibtə olunmaz taleyini xatırlamağı tövsiyə edib.O, “Ermənistan Rusiyanı itirəcəkmi?” sualına, “bir sıra aparıcı erməni siyasətçiləri də analoji ssenarinin olmasını istəyirlər”, - cavabını verib.
“Əgər onlar birbaşa olaraq Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi Birləşmiş Ştatlara arxalanırlarsa, onda yaxın tarixə, ABŞ-nin öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı”, - deyə Lavrov bildirib.