Ermənilər Xocalıda təxribata cəhd etdi
15-09-2023, 14:40
148

Ermənilər Xocalıda təxribata cəhd etdi


ÖNDERTV.ORG

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", MN-in məlumatında deyilir.

Oxşar xəbərlər