“Rusiya “Vaqner” vasitəsilə Ermənistanda çevrilişə hazırlaşır”
8-09-2023, 18:37
83

“Rusiya “Vaqner” vasitəsilə Ermənistanda çevrilişə hazırlaşır”

ÖNDERTV.ORG


“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölümündən əvvəl Ermənistanda şirkətin təqribən 3000 muzdlu döyüşçüsü olub.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Ermənistanın “Baqramyan 26” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, son zamanlar əsasən də Rostovdan onlara daha 2000 “vaqner”çi qoşulub. Onların əksəriyyəti isə etnik ermənilərdir.
“Paşinyanın Rusiya əleyhinə son açıqlamalarını nəzərə alsaq, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə razılıq verib. Sözügedən planın əsas məqsədi ölkədə olan “Vaqner” döyüşçüləri vasitəsilə Baş nazir Nikol Paşinyanı və onun komandasını rəhbərlikdən kənarlaşdırmaqdır. Rusiya Prezidenti Vladimir Putin üçün son damla Ermənistan-ABŞ birgə hərbi təlimləri olub. Hazırda Ermənistandakı “vaqnerçi”lərin sayı 12 minə çatıb. Srağagün onlara artıq hərəkətə keçmək əmri verilib”, - deyə məlumatda qeyd olunub. 
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın “Milli demokratik qütb” hərəkatının nümayəndəsi və hərbi aktivist Jirayr Sefilyan “Vaqner” muzdlularının Ermənistana gəldiyini iddia edib.

Oxşar xəbərlər