Ermənistan ədliyyə nazirinin istefa xəbəri yayıldı
4-09-2023, 16:57
91

Ermənistan ədliyyə nazirinin istefa xəbəri yayıldı

ÖNDERTV.ORG

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefası ilə bağlı mətbuatda yayılan xəbərlərə təəccübləndiyini bildirib.

ÖNDERTV.ORG “Sputnik Armeniya” saytına istinadən xəbər verir ki, nazir müsahibəsində bu şayiələri yalan adlandırıb.
“Oxuduqca insanların təxəyyülünə heyran qalıram”, - deyə Minasyan söyləyib.
Ədliyyə naziri yerinə keçə biləcək potensial namizədlərlə bağlı gəzən söz-söhbətlərə münasibət bildirməyib.
“Bunların hamısı dedi-qodudur, icazə verin, bu barədə şərh verməyim”, - deyə Minasyan qeyd edib.
Xatırladaq ki, bu günlərdə yerli “Hraparak” qəzeti payızda hökuməti tərk edəcək nazirlər arasında Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın da adının hallandığını xəbər etmişdi.
Qəzetin məlumatına görə, bu posta mümkün namizədlər arasında Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan və parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının rəhbəri Vladimir Vardanyanın adları çəkilir.

Oxşar xəbərlər