“Onları təşviq etmirik və dəstəkləmirik”
ÖNDERTV.ORG
“ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməkdə kömək etmir”.
ÖNDERTV.ORG xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələrlə bağlı siyasətimizdə heç bir dəyişiklik olmayıb. Biz onları təşviq etmirik və dəstəkləmirik”, - deyə Kirbi əlavə edib.