Bir mələksən, zərif ruhda yaranmısan,
23-08-2023, 13:05
2 632

Bir mələksən, zərif ruhda yaranmısan,

ÖNDERTV.ORG
26 avqust Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın doğum gününə ithaf olunub.

Sultan xanım
Bir mələksən, zərif ruhda yaranmısan,
Üzü nurlu, sözü dürlü taban xanım!
Tale səni bəxş eyləyib ön cərgədə,
Hər qayəsi insanlara hayan xanım!

Bir tarixdir, xoş məramlı əməllərin,
İmzasısan neçə gözəl təməllərin.
Yoğrulubdur yaxşılıqla hər illərin
Unudulmur saf əməllər, inan, xanım!

Öz yuvana, öz kökünə layıq biri,
Vətəninə, öz yurduna aşiq biri.
Munis kimi, heyran qoyan natiq biri
Yaşadacaq dövran səni hər an, xanım!

Məsləyində gördük neçə humanizmi,
Əhalinin rifahiyçün etdin əzmi.
Sultan ilə yanaşısan, çəkim nəzmi
Mehribansan, Mehribanım, sultan xanım!
Leylam Leylam

Oxşar xəbərlər