Daha 46 sakin Laçına yola salındı - Fotolar
20-08-2023, 10:54
98

Daha 46 sakin Laçına yola salındı - Fotolar


ÖNDERTV.ORG
Azərbaycan  Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
ÖNDERTV.ORG  AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.


Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.







Oxşar xəbərlər