
Gündəm
28-07-2023, 07:29
200
Daha 16 ailə Laçına yola salınıb - FOTO
ÖNDERTV.ORG
Daha 16 ailə (56 sakin) Laçına yola salınıb.
ÖNDERTV.ORG xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
İyulun 28-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 16 ailə köçürülür.
Bununla da Laçın şəhərində 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.












