Aİ rəsmiləri İrəvanda görüş keçirdi - Foto
18-08-2023, 16:38
83

Aİ rəsmiləri İrəvanda görüş keçirdi - Foto

ÖNDERTV.ORG
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Aİ-nin ölkədəki missiyasının başçısı Markus Ritter İrəvanda qeyri-rəsmi görüş keçiriblər.
ÖNDERTV.ORG  xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyası “X” (tviter) hesabında paylaşım edib.
Bildirilir ki, tərəflər görüş zamanı regional hadisələr, eləcə də Aİ-nin bölgədə sülh prosesinin dəstəklənməsi ilə bağlı səyləri barəsində fikir və məlumat mübadiləsi həyata keçiriblər. 
Xatırladaq ki, Toivo Klaar İrəvana səfəri çərçivəsində Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla danışıqlar aparıb.


ÖNDERTV.ORG

Oxşar xəbərlər