Dünya necə mat qaldı biz ilhama gələndə, Baxsın nələri etdi söz İlhama gələndə.
13-08-2023, 15:58
636

Dünya necə mat qaldı biz ilhama gələndə, Baxsın nələri etdi söz İlhama gələndə.

ÖNDERTV.ORG

VETENİM-AZERBAYCANDIR.AZ

Bu qəzəl Silahlı Qüvvələrin Ali Baş Komandanı, Müzəffər Ordumuzun Sərkərdəsi, Cənab İlham Əliyevə həsr olunub.

Dünya necə mat qaldı biz ilhama gələndə,
Baxsın nələri etdi söz İlhama gələndə.

Bu, sülhü sevər millət olub, gəl bezar olsa,
Baxmaz ağına-bozuna bədnama gələndə.

Etdim xəbəri, damına bir-bir dolacaqdır,
Gördükdə gücün Ordumuzun, xama gələndə.

Rahat uyusun indi Füzuli, əmin əldə,
Çoxdur hələ məqsədlərimiz kama gələndə.

Verməz Vətənin qarışını düşmənə mərdim,
Susdurdu bizi çox, düzü ortama gələndə.

Dəstəkdi bizə Türkiyə, hər vaxt ona əhsən!
Yanındadı mə'nən bütün əncama gələndə.

Qoy adı müsəlmandı olan haqqa yön alsın,
Bizdən gözəli yoxdu ki, İslama gələndə.

Var olsun, havadarım ədalət tərəfində,
Hər kəs götürər payını eyhama gələndə.

Dar gündə Vətən, həm şəhid, həm qəhrəman istər,
Ruhları gülər şənliyə, bayrama gələndə.

Qartallarımın sınmasın heç vaxt qanadı,
Düşmənlərə daş səpməyə e'zama gələndə.

Hər bir zəfəriylə sevinər, şadlığın eylər,
Bitməz Vətənə kəlməsi, Leylama gələndə.
Leylam Leylam


Oxşar xəbərlər