İSVEÇ  KRALLIĞINDAN VƏTƏNİMİZƏ  MÜJDƏ.
12-07-2023, 22:56
569

İSVEÇ KRALLIĞINDAN VƏTƏNİMİZƏ MÜJDƏ.

ÖNDERTV.ORG


Azərbİaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. 22 ildir Stokholmda məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşımız
Raşadə Moen İnqilab qızı bu tarixi prosesdən kənarda deyil. İsveç Universitetində Rəssam- müəllimə heykəltaraş, tərcüməçi vəzifəsində çalışan Raşadə xanım İsveç Krallığının Rəssamlar İttifaqının üzvüdür. Xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri olan Raşadə xanımın əməyi danılmazdır. 

Harada yaşamasından asılı olmayaraq, məskunlaşdığı ölkənin həyatında inteqrasiya ilə yanaşı öz milli kimliyini, Vətəninə bağlılığını,  mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlayır. Hələ 30 il öncə Türk xalqının Vətənpərvər qızı Raşadə xanım TURANla birləşmiş  29 müsəlman dövlətinin bayraqlarını müəllifi olduğu xalçasında əks etdirmişdir. Vətənimizin üzərində düşmən təxribatı tüğyan etdiyi bir zamanda, Avropada fəaliyyət göstərən Xanım Moen kimi ziyalı iş adamlarımıza  ehtiyacımız var. 

Baş redaktor Kamran Orucov başda olmaqla 
ÖNDERTV.ORG xeber Agentliyi dəyərlimiz 
RAŞADƏ XANIM  MOENƏ


Xalqımız adından Diospordakı geniş miqyaslı fəaliyyətinə görə TEBRIKLER  ünvanlayırıq..
 Azərbaycanın bu günü və aydın sabahı naminə  əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirdiyi üçün təşəkkür edirik. İsveç Krallığının Stokholm Diaspor təşkilatında gələcəkdə də əzmkar iradə və vətənimizin amalları uğurunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanırıq. Raşadə xanım Moenlə fəxr edir, qürur duyuruq. Sevdiklərinizlə birlikdə 100yaşayın...
OnderTv.Org. xeber agentliyinin icraçı direktoru: Naile Muradova.





ÖNDERTV.ORG

Oxşar xəbərlər