Biz siyasətimizi kimlərinsə sözlərinə görə deyil, milli maraqlarımıza görə həyata keçiririk - XİN rəhbəri
ÖNDERTV.ORG
Məsələlərin düzgün istiqamətdə inkişafı və həll edilməsi üçün Azərbaycan tərəfi özü sistemli tədbirlərini görməlidir və görür.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Biz son 2 il yarıma yaxın vaxtda, həmçinin 30 illik işğal dövründə də onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif çağırışlar eşitmişik. Bu çağırışları eşitmək lazımdır, təhlil etmək vacibdir, və biz də bunu edirik, adekvat reaksiyalar veririk. Hesab edirəm ki, zaman onu göstərdi ki, məsələlərin düzgün istiqamətdə inkişafı və həll edilməsi üçün Azərbaycan tərəfi özü sistemli tədbirlərini görməlidir və görür. Azərbaycan dövlətinin özünün beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə məsələləri həll etmək üçün konkret baxışı var. Biz kimlərinsə çağırışı və sözlərinə görə deyil,öz milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək", - deyə nazir əlavə edib.