Kiyev Krım körpüsünü partlatdığını etiraf edib
9-07-2023, 10:54
42

Kiyev Krım körpüsünü partlatdığını etiraf edib

ÖNDERTV.ORG


Kiyev 2022-ci ilin oktyabrında Krım körpüsünə zərbə endirdiyini etiraf edib.

ÖNDERTV.ORG APA-ya istinadən bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Telegram" kanalında bildirib.
Anna Malyar Ukrayna-Rusiya müharibəsinin 500 gününün nəticələrinə həsr olunmuş məqaləsində qeyd edib ki, Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib.
Bundan əvvəl mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi


ÖNDERTV.ORG

Oxşar xəbərlər