Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının qərargahının açılışı olub - FOTO
6-07-2023, 18:42
117

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının qərargahının açılışı olub - FOTO

ÖNDERTV.ORG
6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində QH Gənclər Təşkilatının mənzil-qərargahının rəsmi açılış mərasimində iştirak və çıxış edib.
XİN-dən bildirilib ki, açılış mərasimində həmçinin QH-nın sədrlik üçlüyünün digər üzvləri qismində Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto və Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo, eləcə də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, gənclər sektoru nümayəndələri və media mənsubları iştirak edib.
Tədbir iştirakçıları mənzil-qərargahda QH gəncləri üçün yaradılmış şərait ilə tanış olduqdan sonra açılış mərasiminin rəsmi hissəsi baş tutub.

ÖNDERTV.ORG

Oxşar xəbərlər