Bəylər Əyyubovla bir sırada əyləşən Paşinyan Əliyevlə Ərdoğanın səmimi görüşünü alqışladı - FOTOLAR
5-06-2023, 21:21
185

Bəylər Əyyubovla bir sırada əyləşən Paşinyan Əliyevlə Ərdoğanın səmimi görüşünü alqışladı - FOTOLAR

ONDERTV.ORG

Xəbər verdiyimiz kimi, bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın Beştəpədə andiçmə mərasimi keçirilib.
ONDERTV.ORG Türkiyə mediasına istinadla xəbər verir ki, andiçmə mərasimində xeyli yadda qalan maraqlı hadisələr ollub.
Onlardan Azərbaycan oxucuları üçün ən çox diqqətçəkən məqamlardan biri Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycann lideri İlham Əliyevin arxasında - Prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovla ikinci sırada yan-yana oturrması olub. Daha dəqiqi, Paşinyanla general Bəylər Əyyibovun arasında bir nıəfər əyləşib. 
Digər maraqlı məqam:  zala daxil olan Ərdoğan dövlət və hökumət başçıları ilə  bir-bir görüşüb, ancaq İlham Əliyevlə qucaqlaşması böyük alqışa səbəb verib. Həmin an arxada oturan Paşinyan da Ərdoğanla Əliyevin bu səmimi görüşünə əl çalıb. 
Onu da xatırladaq ki, mərasimə 21 dövlət başçısı və 13 baş nazir qatılıb.


img img img
 


ONDERTV.ORG

Oxşar xəbərlər