Bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Türkiyəyə yeni maliyyə naziri Mehmet Şimşəyin iqtisadiyyata hansı müsbət tendensiyaları gətirə biləcəyi haqda danışarkən deyib.
İqtisadçının sözlərinə görə, sözügedən dövr ərzində Türkiyədə inflyasiyanın qarşısını almaq istiqamətində heç bir institusional tədbirlər görülmədi:
"Üstəlik ÜDM-in 10%-nin formalaşdığı ərazilərdə dağıdıcı zəlzələlər baş verdi. Beləliklə, ölkə iqtisadiyyatı üst-üstə çox böyük çətinliklərlə üzləşdi. Bu gün yeni nazirin gəlməsiylə problemin aradan qalxacağını demək doğru olmaz. Burada institusional dəyərlərə riayət etməklə, adekvat alətlərdən istifadə etmək lazımdır. Bu gün o alətlərdən istifadə olunmazsa, yenə də iqtisadiyyatın inkişaf sisteminə zidd olan riskli prinsipal xarakterli addımlar atılmazsa, əlbəttə, qardaş Türkiyənin inflyasiyanın öhdəsindən gəlməsi asan olmaz
Qeyd edək ki, iyunun 3-ü vəzifəyə təyin edilən Mehmet Şimşək maliyyə naziri olaraq ilk açıqlamasında inflyasiyayla rasional əsaslarla mübarizə aparılacağını deyib.
Ölkədə lirənin ucuzlaşması prosesi isə davam edir.