Fransalı nazir Ermənistan-Azərbaycan sərhədində - Fotolar
28-04-2023, 13:53
38

Fransalı nazir Ermənistan-Azərbaycan sərhədində - Fotolar

ÖNDERTV.ORG

İrəvanda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib.
ÖNDERTV.ORG “Armenpress”ə istinadən xəbər verir ki, nazir Cermukda (İstisu) Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının fəaliyyəti ilə tanış olub.

“Bu mülki missiya sayəsində Aİ-yə üzv ölkələr üçün faydalı məlumatı yerində əldə etmək mümkündür. Bu, silahlı deyil, müşahidə missiyadır, burada məqsəd vəziyyəti müşahidə etməkdir. İstənilən halda onların mövcudluğu gərginliyi azaltmaq üçün imkan yaradır”, - deyə Kolonna qeyd edib.

Qeyd edək ki, Katrin Kolonna aprelin 27-si Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib.


ÖNDERTV.ORG



Oxşar xəbərlər